“Pakistan hökuməti və xalqı Azərbaycan səfirliyinə hücumla bağlı dərin kədər hissi keçirir”

Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla bağlı Pakistan hökuməti və xalqı dərin kədər hissi keçirir.

Globalinfo.az xəbər verir ki, bunu Pakistan XİN-in mətbuat xidməti açıqlayıb.

“Həlak olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalması üçün dua edirik. Pakistan bu kədərli məqamda qardaş Azərbaycan xalqı ilə həmrəydir”, – XİN-in məlumatında vurğulanıb.