aleksey overcuk yeni

Ermənistan Avropa İttifaqının (Aİ) getdikcə Rusiyaya qarşı aqressiv mövqedə olan hərbi-siyasi bloka çevrildiyini nəzərə almalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, İrəvanın -nin getdikcə iqstisadi blok modelindən uzaqlaşmasını anmalası vacibdir:

Ermənilər hərbi-siyasi birliyə qoşulmağa hazırdırlarmı? Bəlkə də özlərinə də bu sualı verməli olacaqlar. Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əlaqələrin vacibliyini başa düşür və buradan çıxmasının ölkə iqtisadiyyatına necə təsir göstərəcəyinin fərqindədir. İrəvan Aİİ-nin tərəfdaşıdır, yaxın zamanda da belə olacaq. Bu ölkədə Aİ ilə əlaqələrin qurulmasını dəstəkləməyənlər də var. Onlar bu məsələdə tamamilə realistdirlər”. 

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: