İsveçdə orta məktəbə silahlı hücum: ölənlər var – YENİLƏNİB

R4CGCOG66RJBLMPJC52VUW2EYA

İsveçin Baş naziri Ulf Kristersson Erebruda baş verən silahlı hücuma münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, mətbuat konfransı zamanı Baş nazir bu hadisəni “İsveç tarixində ən kütləvi atışma” adlandırıb.

“Bu gün biz günahsız insanlara qarşı amansız və ölümcül zorakılığın şahidi olduq. Bu, İsveç tarixində ən kütləvi atışmadır”, – deyə Kristersson qeyd edib.

**

İsveçdə orta məktəbə silahlı hücum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Hadisə zamanı 10 nəfər həyatını itirib.

Məlumata görə, atəş açan şəxs də ölənlər arasındadır.

Hadisəni törədən şəxsin motivi hələlik məlum deyil.

**

19:15

İsveçdə orta məktəbə silahlı hücum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Hücum zamanı 5 nəfər yaralanıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Əliyar Xəlil
Globalinfo.az