Ordumuz zərbə endirdi: Paşinyan görüşü qadağan etdi

Ermənistan hakim Mülki Müqavilə Partiyası Qarabağda (Azərbaycanın rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazisində – red.) qondarma rejimin “deputat”ları ilə ortaq görüşün keçirilməsindən imtina edir.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb.

Məlumata görə, qondarma rejim avqustda Ermənistanla ortaq parlament iclası keçirməyi təklif etsə də, İrəvan sentyabr döyüşlərində aldığı ağır zərbədən sonra bunu müvəqqəti təxirə salmağı təklif edib. Qəzet İrəvanın verdiyi vədin üzərindən iki ay keçməsinə baxmayaraq, iqtidarın bu görüşü təşkil etməkdə həvəssiz göründüyünü bildirib.

Qeyd edək ki, müharibədən sonra həmçinin parlamentdə Ermənistan-“qarabağ komissiyası” da təşkil edilmir. Buna əsas müqaviməti məhz Paşinyanın partiyası yaradır. Müxalifət isə iqtidarın belə addımı Bakının istəyi əsasında atdığını bildirir.

Xatırladaq ki, bu ilin 12-14 sentyabr tarixlərində Ermənistan hərbi birləşmələrinin sərhəddə törətdiyi təxribatlara Azərbaycan Ordusu adekvat cavab verib. Döyüşlər zamanı Ermənistan tərəfi azı 300-ə qədər hərbi qulluqçu, xeyli sayda texnika itirib.

İlkin
Globalinfo.az