“Azərbaycan ordusu Cermukda (İstisu, Dərələyəz) öz mövqelərini gücləndirir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryan deyib.
“Onlar geri çəkilmirlər, çəkilməyəcəklər. Mühəndislik baxımdan mövqelərini gücləndirirlər. 44 günlük müharibəni uduzmağımızın əsas səbəbini orduda “5-ci kolon”un olması ilə əlaqələndirirdilər. Lakin hələ də bu “5-ci kolon”un harada olduğunu bilmirəm. Əgər Nikol Paşinyan bilirsə, o zaman bu dəstənin başçılarının kim olduğunu niyə demir?” – T.Xaçatryan bildirib.
Ayşən Mustafa
Globalinfo.az