O ərazi Putin üçün vacib simvoldur – Sikorski

“Krımı Birləşmiş Millətlər Təşkilatının (BMT) mandatına verib, ədalətli referenduma hazırlaşmaq olar”.

Globalinfo.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

Onun sözlərinə görə, Krım Rusiya Prezidenti Vladimir Putin üçün vacib simvoldur, amma Ukrayna üçün strateji əhəmiyyət daşıyır.

Sikorski məhz bu səbəbdən Moskva və Kiyevin Krımın demilitarizasiyası olmadan sülh barədə razılığa gələ bilmədiklərini deyib:

“Biz ədalətli referenduma hazırlıq üçün Krımı BMT-nin mandatına verə bilərik. Prosesi 20 il müddətinə təxirə salmaq mümkündür”.

Əliyar Xəlil
Globalinfo.az