Oqtay Əliyev yol qəzasında dünyasını dəyişdi – İlkin səbəb açıqlandı / FOTOLAR – VİDEO

19:06

Xalq artisti Mehriban Zəki, Əməkdar artist Dilarə Əliyeva və “SOY” prodakşının rəhbəri Oqtay Əliyev ağır yol qəzasına düşüb.

Globalinfo.az xəbər verir ki, hadisə Saray yolunda, Abşeron rayonu ərazisində baş verib.

Qəza nəticəsində ağır yaralanan Oqtay Əliyev dünyasını dəyişib. Mehriban Zəki isə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə,  O. Əliyevin ürəyi tutub. Bu zaman onun idarə etdiyi  “Toyota Lexus” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.