Operativ Qərargah məlumat yaydı

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Bu barədə Globalinfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 19 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 47 nəfər isə sağalıb. Son sutka ərzində koronavirusdan ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 829 303 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 818 919 nəfər müalicə olunaraq sağalıb, hazırda 209 aktiv xəstə var. Bu günə qədər 10 153 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 440, bu günə qədər isə ümumilikdə 7 551 235 test icra olunub.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, ölkədə vurulan vaksinlərin ümumi sayı 13 952 882, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 405 613, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 733, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 401 665, pozitiv nəticədən sonra buster doza olunanların sayı 265 871 təşkil edir.