Qarabağ münaqişəsindən bir neçə ölkə Ermənistanın inkişafının qarşısını almaq üçün kəndir kimi istifadə edib.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Onlar (keçmiş prezidentlər – red.) dövlətə rəhbərlik etmək üçün yox, dövlətin mövcud olmasına maneə yaratmaq məqsədilə mövcud olublar. Onların hakimiyyəti dövründə dövlət olmayıb. Sabiq prezidentlər dövlətin qurulmasının qarşısını almaq üçün mövcud idi”, – Paşinyan bildirib.
O, yenidən keçmiş prezidentləri canlı debatlara çağırıb, həmçinin parlament dinləmələri aparmağı təklif edib.
Əliyar Xəlil,