Ölkədə koronavirusa yoluxanların və vaksin olunanların sayı – FOTO

23:10

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 37 yeni yoluxma faktı qeydə alınıb, 38 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən ölən yoxdur.

Azərbaycanda indiyədək ümumilikdə 828 174 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 922 nəfər müalicə olunaraq sağalıb, 10 097 nəfər vəfat edib, aktiv xəstə sayı 155 nəfərdir.

Ölkədə son sutka ərzində 1380, hazırkı dövrədək isə 7 502 054 test aparılıb.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 251 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 70, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 97, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 71, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 13 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 944 727, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 402 943, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 877 655, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 398 756, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 373 nəfər təşkil edir.