Ölkədə koronavirusa yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Globalinfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 828 229 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 817 981 nəfər müalicə olunaraq sağalıb, 10 098 nəfər vəfat edib, aktiv xəstə sayı 150 nəfərdir.

Ölkədə son sutkada koronavirus (COVID-19) əleyhinə 250 vaksin vurulub.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 945 463, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 403 124, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 877 972, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 398 952, pozitiv nəticədən sonra buster doza olunanların sayı 265 415 təşkil edir.