Paşinyanı qorxudan qisas təhlükəsi – “Yeni qurbanlar”…

“Ölən hərbçilərin bu hakimiyyətə yaltaqlanmayan valideynləri hədəfə çevrilir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni fəal Tatevik Virabyan “Hraparak” qəzetinə müsahibəsində deyib.

“Bu məsələdə vəziyyət ortadadır. Hakimiyyətə yaltaqlanmayanlar hədəfə alınır. Qarik Qaleyan bunun əyani nümunəsidir. Qaleyan başqaları kimi Anna Akopyana yaltaqlanmır və onun məclislərində iştirak etmir. Buna görə də oğlunun məzarını ziyarət etmək qadağandır. Paşinyan hakimiyyəti ölən hərbçilərin valideynlərinin birləşəcəyindən və qisas alacağından qorxur”.

Virabyan bildirib ki, hakimiyyət ölən hərbçilərin valideynlərindən qisas alır.

“Ermənistan rəsmiləri həyasızlıqla və açıq şəkildə bütün məsələləri qurban vermədən həll etməyin mümkün olduğunu bildirirlər. Bunun fonunda isə qurbanların valideynlərinin susması və mübarizə aparmaması üçün hər şey edirlər. Artıq bu biabırçı reallıqda yaşamaq mümkün deyil”, – erməni fəal vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az