Şolts Kiyevə belə gəldi – VİDEO

olaf zelenski

Almaniya kansleri Olaf Şolts bu gün Kiyevə gəlib.

Globalinfo.az xəbər verir ki, Şoltsun Ukraynada Prezident Volodimir Zelenski ilə görüşü planlaşdırılıb.

“Ukrayna bizə güvənə bilər. Biz dediyimizi edirik. Bunu bir daha təsdiqləmək üçün mən dünən Kiyevə gəldim”, – deyə Şolts Ukraynaya gəldikdən az sonra X səhifəsində paylaşıb.

Qeyd edək ki, Şolts Ukraynaya Rusiya Prezidenti Vladimir Putinlə noyabrın 15-də telefon danışığından sonra gəlib. Üstəlik, onun səfəri Trampın prezident vəzifəsinə keçdikdən sonra müharibəni dayandıracağı xəbərləri fonunda gerçəkləşir.