tramp 5

ABŞ Prezidenti Donald Trampı yeni vəzifə müddəti başlayandan bəri, yəni 6 ay ərzində ən azı 500 məhkəmə prosesi ilə üzləşib. Bu da bir iş günü ərzində dörd iddiaya bərabərdir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti yazıb.

“İşlərin 75 faizində hakimlər ABŞ liderinin mövqeyinə zidd qərarlar veriblər. Bu şəxslər Trampın sələfləri – Barak Obama və Co Bayden tərəfindən təyin olunan hakimlərdir”, – deyə qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl ABŞ-da Trampın siyasətinə qarşı kütləvi etirazların planlaşdırıldığı bildirilirdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: