“Bəzi daxili qüvvələr Qarabağ məsələsini sadəcə olaraq Ermənistanda öz problemlərinin həlli üçün alət kimi istifadə ediblər”.
Globalinfo.az “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.
Paşinyan Azərbaycanın öz suverenliyini bərpa etdikdən sonra Qarabağı könüllü tərk edən ermənilərdən də danışıb:
“Soydaşlarımıza gəlincə, mən bir neçə dəfə açıq şəkildə demişəm: onların mümkün qayıdışı ideyasını real hesab etmirəm. Ümumiyyətlə, bu, yalnız Ermənistanla Azərbaycan arasında yaradılmış sülhə xələl gətirən mövzudur. Onu yenidən gündəmə gətirmək cəhdləri yalnız dövlətlər arasında gərginlik yaradacaq. Ona görə də bildirirəm ki, bəli, bu, sülh üçün yeni və təhlükəli mövzudur”.