Nobel sülh mükafatının qalibləri məlum oldu

Norveçin paytaxtı Osloda 2022-ci il Sülh üzrə Nobel mükafatının qaliblərinin adı açıqlanıb.

Globalinfo.az bildirir ki, APA-nın Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, qalibin elan olunma mərasimi Norveç Nobel İnstitutunda keçirilib.

2022-ci il Sülh üzrə Nobel mükafatının qalibləri bir şəxs iki təşkilat olub. Belə ki, Nobel sülh mükafatı belarus hüquq müdafiəçisi Ales Bialiatskiyə, Rusiyanın “Memerorial” insan hüquqları təşkilatına və Ukraynanın “Centre for Civil Liberties” təşkilatına verilib.
Qeyd edək ki, mükafatın ötənilki qalibləri filippinli və rusiyalı jurnalistlər Maria Ressaya və Dmitri Muratov olub. Onlar “Demokratiya və davamlı sülh üçün əsas şərt olan ifadə azadlığını qorunması sahəsində səylərinə görə” bu mükafata layiq görülüblər.