Fransanın sabiq prezidenti Nikola Sarkozi vaxtından əvvəl azadlığa buraxılıb. O, Parisdəki Sante həbsxanasından buraxıldıqdan sonra evinə gəlib.
Globalinfo.az xəbər verir ki, evdə Sarkozini ailə üzvləri ilə və tərəfdarları qarşılayıb.
Xatırladaq ki, Nikola Sarkozi 2007-ci il seçki kampaniyasının Liviya hökuməti tərəfindən qeyri-qanuni maliyyələşdirilməsi ilə bağlı araşdırmadan sonra oktyabrın 21-də Sante həbsxanasına salınıb. Siyasətçi qeyd olunan ittihamla özünü təqsirli bilməyib.
Azadlığa buraxılan Sarkoziyə Fransanı tərk etmək qadağan olunub.
***
Fransanın keçmiş prezidenti Nikola Sarkozi məhkəmənin nəzarəti altında həbsdən azad ediləcək.
Globalinfo.az xəbər verir ki, onun barəsində Apellyasiya Məhkəməsinə ünvanlanan müraciətə baxılıb.
***
Fransanın sabiq prezidenti Nikola Sarkozinin həbsdən azad edilməsi üçün məhkəməyə müraciət ünvanlanıb.
Globalinfo.az xəbər verir ki, Paris Apellyasiya Məhkəməsinin prokurorluğu polis nəzarəti altında onun azadlığa buraxılmasını istəyib.
Məlumata görə, məhkəmə bu müraciəti nəzərdən keçirəcək.
Əliyar Xəlil
Globalinfo.az