pasinyan 1112

Ermənistan yaxın günlərdə ABŞ-la imzalanmış kütləvi qırğın silahlarının yayılmasının qarşısını almaq məqsədi daşıyan sazişin müddətini uzadıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Müqavilənin 2000-ci ildə imzalandığı, son qərarla müddətin daha 7 il uzadıldığı bildirilir.

Məlumata görə, sazişin qüvvədə qalması üçün son tarix 23 noyabr 2023-cü ildir. Lakin hökumətin qərarına əsasən, müqavilə 2030-cu ilin 24 noyabr tarixinə kimi qüvvədə olacaq.

Qeyd edək ki,  Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə hökumətin iclası keçirilb.  Sessiyanın gündəliyinə 53 məsələ daxil edilib ki, onlardan 5-i haqda məlumat verilmir, daha iki məsələ isə məxfi xarakter daşıyır.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: