Nikol bilir ki, sülh müqaviləsini imzalasa… – Mkrtçyan

“Nikol Paşinyan müəyyən geosiyasi mərkəzlərin xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirərək erməni dövlətçiliyini sarsıdıb”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri “Şərəfim var” fraksiyasının deputatı Anna Mkrtçyan deyib.

Deputatın sözlərinə görə, Paşinyan ictimaiyyəti sülh müqaviləsi üçün çalışdığına inandırmaq istəyir:

“O, çox yaxşı bilir ki, “sülh” adlanan sənədi imzalasa, hakimiyyət müddəti başa çatacaq. Paşinyan kresloda oturmaqdan başqa alternativ görmür”.

Safura Bənnayeva
Globalinfo.az