İşıqforun düyməsini sındıranlara xəbərdarlıq

Bakıda piyada işıqforunun düyməsi sındırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, naməlum şəxs və ya şəxslər Bibiheybət yolu, Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin qarşısında yerləşən 1 ədəd piyada işıqfor düyməsini sındırıblar:

“Nəticədə də işıqforun işləmədiyindən piyadalar yolu keçməkdə çətinlik çəkirlər. Problemin qısa zaman ərzində həll edilməsi üçün tədbirlər görülür. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi xatırladır ki, dövlət əmlakının qəsdən məhv edilməsi və zədələnməsi müvafiq olaraq inzibati və ya cinayət məsuliyyəti yaradır”.