Nigerdən Fransa ilə bağlı qadağa

Niger Fransaya uran və qızıl ixracını dayandırıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Arab Africa” Teleqram kanalı məlumat yayıb.

“Müvafiq bəyanatı ölkədə çevriliş həyata keçirmiş Hərbi Şuranın rəhbərliyi verib”, – məlumatda deyilir.

Qeyd edək ki, Niger dünyanın dördüncü ən böyük uran istehsalçısıdır və Fransada elektrik enerjisi istehsal etmək üçün istifadə edilən uranın əsas mənbəyidir. Fransız nüvə texnologiyası şirkəti “Orano” 1970-ci ildən Nigerdə ​​uran hasilatı ilə məşğuldur. 2020-ci ildə Fransa reaktorlarında istifadə olunan uranın təxminən 35%-i Nigerdən gətirilib.