“İsrailin Omanda İranla aparılan danışıqlara dair mövqeyi açıqlanıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Channel 14” məlumat yayıb.
“İsrail İranın nüvə proqramının tam şəkildə ləğv edilməsini tələb edir. Bu tələblərə uranın zənginləşdirilməsinin sıfır səviyyəyə endirilməsi, bütün zənginləşdirilmiş materialların ölkədən çıxarılması və sərt beynəlxalq nəzarət mexanizminin tətbiqi daxildir.
Əlavə tələblər sırasında İranın ballistik raketlərinin uçuş məsafəsinin 300 kilometrlə məhdudlaşdırılması və Tehranın regiondakı proksi qruplara verdiyi dəstəyin dayandırılması da yer alır”, – deyə bildirilib.
Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp fevralın 11-də görüşəcək. Danışıqlar Vaşinqtonda baş tutacaq, iki lider İranla bağlı danışıqları müzakirə edəcəklər.
Safura Bənnayeva
Globalinfo.az