İran İsrailin Baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant, Şin Betin rəhbəri Ronen Bar və keçmiş baş nazir Naftali Bennetti öldürmək üçün İsrail vətəndaşına tapşırıq verib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
“ŞABAK və İsrail polisinin “Laxav 433” bölməsi tərəfindən keçirilən əməliyyat nəticəsində ölkə rəsmilərinə sui-qəsd etmək üçün İran tərəfindən əməkdaşlığa cəlb edilən İsrail vətəndaşı həbs edilib. O, xüsusi təlim keçmək üçün iki dəfə qaçaqmalçılıq yolu ilə İrana aparılıb”, – məlumatda qeyd olunub.
Saxlanılan şəxsin biznesmen olduğu, uzun müddət Türkiyədə yaşadığı bildirilib.