İsrailin Baş naziri Netanyahu Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməkdən imtina edib.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Nəşr yazır ki, Zelenskinin ofisi əvvəllər Netanyahunun ofisi ilə görüş təşkil etmək üçün əlaqə saxlayıb, lakin İsrail tərəfi heç bir cavab verməyib.
“Haaretz” qəzetinə danışan başqa bir Ukrayna rəsmisi iddia edib ki, görüşü əvvəlcə Netanyahunun ofisi təklif edib, lakin Zelenskinin ofisi razılaşdıqdan sonra İsrail tərəfindən iyulun 28-dək heç bir cavab verilməyib. Həmin gün İsrail rəsmiləri İsrail baş nazirinin vaxt məhdudiyyəti səbəbindən Zelenski ilə görüşə bilməyəcəyini açıqlayıblar.
Əliyar Xəlil
Globalinfo.az