
İsrail və İran növbəti dəfə qarşılıqlı olaraq bir-birlərini hədələyib.
Globalinfo.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu İranda bütün obyektləri vuracaqlarını deyib.
“Çox yaxın zamanda İsrail Hərbi Hava Qüvvələrinin təyyarələrini Tehran səmasında görəcəksiniz. Ayətollah rejiminə aid hər bir obyekt və hədəf vurulacaq,” – deyə Netanyahu bəyan edib.
Bu açıqlamadan dərhal sonra İran prezidenti İsrailə xəbərdarlıqla cavab verib.
“Əgər İsrailin İslam Respublikasına qarşı təcavüzkar hərəkətləri davam etsə, cavabımız əvvəlkindən də daha sərt olacaq,” – deyə o bildirib.
Aysel Əliyeva
Globalinfo.az