“Ukrayna Prezidenti Volodimir Zelenski və onun komandasının istefası tələbi ilə silsilə mitinqlərin keçiriləcək”.
Globalinfo.az xəbər verir ki, bunu ukraynalı hərbçi Aleksandr Todorov “MayiakUA” YouTube kanalının efirində deyib.
Onun sözlərinə görə, aksiyalar oktyabrın 3-nə planlaşdırılıb.
Mitinqlərin Kiyevdə Prezident Administrasiyasının binası qarşısında, eləcə də Ukraynanın digər şəhərlərində keçirilməsi nəzərdə tutulur.
Todorov xaricdə yaşayan ukraynalı diasporları da bu təşəbbüsə dəstək verməyə çağırıb.
Hərbçi ölkənin hazırkı rəhbərliyini tənqid edib.
Onun fikrincə, əsgərlər özlərini tərk edilmiş vəziyyətdə hiss edir, hakimiyyət isə korrupsiya və xarici yardımların təyinatı üzrə istifadə edilməməsi ilə məşğuldur.
Todorov həmçinin qadınların və 18 yaşdan yuxarı şəxslərin mümkün səfərbərliyə cəlb edilməsi planlarından narahatlığını ifadə edib.
Hərbçi aksiyalara ilk növbədə gəncləri və hərbçiləri qatılmağa çağırıb. O vurğulayıb ki, etirazların məqsədi konkret siyasətçiləri dəstəkləmək deyil, hazırkı hakimiyyətin istefasını tələb etməkdir.
Əliyar Xəlil
Globalinfo.az