Nepalda güclü zəlzələ: 157 nəfər öldü – YENİLƏNİB

Nepalda baş verən zəlzələ nəticəsində azı 157 nəfər ölüb.

Globalinfo.az bildirir ki, bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Bildirilib ki, təbii fəlakət nəticəsində 170 nəfər yaralanıb.

Nepalın Baş naziri Puşpa Kamal Dahal 105 nəfərin həlak olduğu Cayarkot regionuna səfər edib. Səfərdən sonra Baş nazir bütün siyasi partiyaları, eləcə də ictimai təşkilatları zərər çəkmiş rayonların sakinlərinə kömək etməyə çağırıb.

***08:53

Nepalda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 140-a çatıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Bildirilib ki, xəsarət alanların sayı 100 nəfəri keçib. Bəzi yaşayış məntəqələri ilə əlaqənin olmaması dəqiq statistika aparmağa imkan vermir.