nemet

“Media Türk”ün efirində yayımlanan debatda Azərbaycanın sabiq baş naziri Pənah Hüseyn siyasətçi Nemət Pənahlını soğan və at oğurluğunda ittiham edib. O bildirib ki, bu faktlar Nemət Pənahlının öz izahat ərizəsində əksini tapıb və müvafiq məhkəmə materiallarında mövcuddur.

Bu kontekstdə Nemət Pənahlının deyilənlərə cavabı maraqlıdır.

Globalinfo.az-a danışan Nemət Pənahlı deyib ki, bu iddialar ona qarşı aparılan şər və böhtan kampaniyasının tərkib hissəsidir:

“At oğurluğu, soğan oğurluğu kimi səsləndirilən fikirlərin hamısı əsassızdır və cəfəngiyyatdır. Doğrudur, yeniyetməlik dövründə daha emosional və dava-dalaşa meylli olmuşam. Həmin vaxt orta məktəbin 8-ci sinifində oxuyurdum. Bir gün quzu otararkən briqadir gəlib bizi təhqir etdi və bu səbəbdən aramızda münaqişə yarandı. Nəticədə mən onu döydüm və o, təxminən bir ay xəstəxanada müalicə aldı. Bundan sonra barəmdə cinayət işi açıldı. Lakin həmin iş elə rəsmiləşdirilmişdi ki, guya mən soğan oğurluğuna görə məsuliyyətə cəlb olunmuşam. Bu məsələ ilə bağlı o zaman izahat da vermişəm. Ümumilikdə, orta məktəbdə oxuduğum dövrdə müxtəlif dava-dalaşlar səbəbindən 7-8 dəfə polis orqanlarına çağırılmışam”.

Ləman İmran
Globalinfo.az

Paylaş: