teyyare 12 900x562 1

Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova təyyarədə halı pisləşən sərnişinə kömək edib.

Globalinfo.az xəbər verir ki, Astana-Almatı reysində sərnişin özünü pis hiss edib və hadisə zamanı naziri A.Alnazarova da orada olub.

Hadisə şahidi “Threads”də paylaşdığı məlumatda bildirib ki, olay səhər saatlarında uçuşa hazırlıq zamanı baş verib.

Qadın sərnişinin halı pisləşdiyi üçün həkim çağırılıb. Bu zaman bir qadın ona yardım göstərərək təzyiqini ölçüb, dərman, su, çay verib və sərnişinin uçuşu davam etdirə biləcəyinə əmin olub.

Sonradan məlum olub ki, yardım göstərən şəxs Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarovadır.

Nazirlik sözügedən iddianı təsdiqləyib.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: