samir apa

İşğaldan azad edilmiş Azərbaycan torpaqlarında bərpa və yenidənqurma prosesinə Səudiyyə Ərəbistanı İnkişaf Fondu və Səudiyyə İnvestisiya Fondu tərəfindən maliyyə vəsaiti ayrıla bilər.

Globalinfo.az “APA-Economics”ə istinadən xəbər verir ki, bunu Azərbaycan Səudiyyə Ərəbistanı Müştərək Komissiyasının 7-ci iclasında çıxış edən maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, Səudiyyə Ərəbistanından olan özəl şirkətlərin də Qarabağın bərpa prosesində iştirakı nəzərdən keçirilə bilər.

Nazir həmçinin əlavə edib ki, indiyə qədər Qarabağın yenidən qurulmasına 4 milyard dollar vəsait xərclənib.

Nazir: Səudiyyə Ərəbistanının iki əsas fondu Qarabağa yatırım edə bilər

Paylaş: