Nazir müavinin oğlunun şirkəti məhkəmə çəkişməsində

Azlənd Plaza” MMC ilə “Technoil” MMC arasında alqı-satqı müqavilələrinə dair mübahisə yaranıb.

Globalinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, sözügedən şirkətlər mübahisəni öz aralarında çözə bilməyiblər. Əksinə, mübahisə dərinləşib və iş məhkəməyə düşüb.

“Technoil” MMC Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatıdadır. İş üzrə 3 dəfə məhkəmə hazırlıq iclası təyin edilsə də, təxirə salınıb. Növbəti hazırlıq iclası sentyabrın 28-nə təyin edilib.

“Technoil” MMC 10 mart 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 11 688 495 AZN şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 33, mənzil 4-də yerləşir. MMC-nin qanuni təmsilçisi Zeynalova Rumadə Ağabəy qızıdır.

Şirkətin həmtəsisçilərindən biri Hacıyev Elvin Orucəli oğludur. O, fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin oğludur.

“Azlənd Plaza” MMC isə sərnişindaşıma şirkətidir.