Nazir sülh gündəliyindən danışdı – FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Chatham House” beyin mərkəzində təşkil olunmuş müzakirədə iştirak edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri tviter hesabında bildirib.

“Londonda “Chatham House”un dəyirmi masa müzakirələrində iştirak etdim. Münaqişədən sonrakı bərpa səyləri, həmçinin münaqişə başa çatdıqdan sonra Azərbaycanın irəli sürdüyü sülh gündəliyi haqqında iştirakçılara məlumat verdim. Müzakirələr zamanı Ermənistanın bu sahədə yaratdığı çətinlikləri də vurğuladım”, – nazir qeyd edib.

Ceyhun Bayramov "Chatham House"da sülh gündəliyi barədə məlumat verib