Nazir Cəbrayıldakı mobil şəhərcikdən yazdı – FOTOLAR

“Qarabağın sənaye potensialının dirçəldilməsi və inkişaf etdirilməsi məqsədilə Cəbrayıl rayonunda mobil şəhərcik tikilib”.

Globalinfo.az bildirir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter səhifəsində yazıb.

“Qarabağın sənaye potensialının dirçəldilməsi və inkişaf etdirilməsi məqsədilə Cəbrayıl rayonunda 200 hektar ərazidə yaradılmış Araz Vadisi İqtisadi Zonasının sənaye parkında mobil şəhərciyin tikintisi başa çatdırılıb”, – paylaşımda deyilir.

Nazir şəhərcikdə bütün lazımi infrastrukturun yaradıldığını vurğulayıb.

Onun sözlərinə görə, sənaye parkında görülən işlər bölgənin ölkə iqtisadiyyatına reinteqrasiyasına, yerli istehsalın inkişafına böyük təkan verəcək, məşğulluq səviyyəsinin yüksəldilməsinə əlavə imkanlar yaradacaq.