Naxçıvanın mədəniyyət naziri işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova işdən çıxarılıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə muxtar respublika Ali Məclisi sədrinin birinci müavini, sədrin səlahiyyətlərini icra edən Azər Zeynalov sərəncam imzalayıb.

Digər sərəncamla mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Həsən Nizami oğlu Kərimova həvalə edilib.