...

Muxtar respublikanın bəzi yüksək dağlıq ərazilərinə qar yağıb.

Globalinfo.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının yüksək dağlıq ərazilərində qar yağması müşahidə olunub.

Belə ki, Şərur rayonunun Axura kəndi, Ordubad rayonunun Göygöl, Əyriçay və Parağaçay Qar Uçqunu Stansiyası, Culfa rayonunun Gədik dağı, eləcə də Şahbuz rayonunun Batabat, Kükü dağı və Keçəldağ istiqamətində yerləşən yüksək dağlıq ərazilər qarla örtülüb.

Bölgənin yüksək dağlıq ərazilərində qış mənzərəsi yaranıb.

Paylaş: