Naxçıvanda internet olmayacaq – SƏBƏB

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi Naxçıvan şəhərində sentyabrın 13-ü saat 00:00-dan 04:00-dək təxirəsalınmaz zəruri təmir işləri həyata keçirəcək.

Nazirlikdən Globalinfo.az-a verilən məlumata görə, təmir işləri görülən müddətdə Naxçıvan şəhərində internet və rabitə xidmətlərinin verilişində müvəqqəti fasilələr yarana bilər.