NATO-nun kəşfiyyat təyyarəsi Baltik ölkələrinin hava məkanında müşahidə edilib.
Globalinfo.az xəbər verir ki, söhbət Bombardier Artemis II kəşfiyyat təyyarəsindən gedir.
Bildirilir ki, təyyarə Rumıniyanın Konstansa şəhərindəki daimi bazasından havaya qalxaraq hazırda Latviya, Litva və Estoniyanın hava məkanında uçuş həyata keçirib.
O, həmçinin Finlandiya körfəzi sahilləri yaxınlığında istiqamətini dəyişib.
Məlumata görə, təyyarə təxminən 10,5 kilometr yüksəklikdə, mülki aviasiya marşrutlarından kənarda uçur.
Eyni zamanda onun Rusiya və Belarusla sərhəd bölgələrinə yaxınlaşmadığı qeyd olunub.
Xatırladaq ki, iyul ayında NATO-ya məxsus Boeing E-3A Sentry uzaqmənzilli radiolokasiya və idarəetmə təyyarəsi də Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında müşahidə edilmişdi.
Əliyar Xəlil
Globalinfo.az