1694333353 1694332868 1878431091 0 0 1024 576 600x0 80 0 0 9f4c9ad285a9ba4eb579688024a0622f

Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QRU) rəhbəri Kirill Budanovu vəzifədən azad etməsi ABŞ-ın Kiyevdəki səfirliyinin təzyiqi nəticəsində baş tutmayıb. 

Globalinfo.az xəbər verir ko, bu barədə “Spectator” nəşri yüksək səviyyəli avropalı diplomata istinadla məlumat yayıb.

Nəşr yazır ki, Zelenski Budanovu bir neçə dəfə istefaya göndərməyə çalışıb. Bunun səbəbi kimi onun getdikcə artan zəif siyasəti göstərilir.

“Yalnız ABŞ səfirliyinin təzyiqi Ukraynanın ən populyar generallarından birinin vəzifədən uzaqlaşdırılmasının qarşısını alıb”, – deyə mənbə bildirib.

Əlavə edilib ki, son zamanlar Zelenskinin tərəfdarlarına qarşı aparılan həbslər və axtarışlar Ukrayna rəhbərliyində ciddi daxili siyasi mübarizənin getdiyini göstərir. Həmçinin bu proseslər, istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə tanınan tənqidçilərin sıradan çıxarılması cəhdlərinin əlaməti kimi dəyərləndirilir.

Xatırladaq ki, Kirill Budanov Rusiya tərəfindən “terrorçu və ekstremistlər” siyahısına salınıb.

Tahir Turan

Globalinfo.az

Paylaş: