Donbas və Krımı Rusiyaya versək… – Zelenski

“Ukrayna Rusiya ilə müharibəni dayandıra bilər, lakin bunun üçün Donbas və Krımı ruslara verməli olacağıq”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Foks Nyus” telekanalına müsahibəsində deyib.

“Bəli, Donbas və Krımı Rusiyaya versək, müharibəni dayandıra bilərik. Amma ölkəmiz belə bir sülh planına hazır deyil”, – o bildirib.
Zelenski həmçinin Donald Trampla görüşməyə və onun Ukrayna ilə bağlı sülh planını dinləməyə hazır olduğunu qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az