suni intellekt

Almaniyanın rəqəmsal naziri Karsten Vildbergerin rəsmi çıxış və mətnlərin hazırlanmasında süni intellektdən istifadə etdiyi ortaya çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Dpa” nəşri məlumat yayıb.

Nazirlik rəsmiləri AI-dən istifadəni təsdiqləyib və bunun mətnlərin ilkin qaralama mərhələsində tətbiq olunduğunu bildirib:

“Çıxışların son versiyalarını insanlar yoxlayır və təsdiqlənir. Rəsmi açıqlamada bu addım süni intellektin dövlət idarəçiliyinə inteqrasiyası və rəqəmsallaşmanın sürətləndirilməsi kimi izah edilib”.

Qurum AI-ni “dəstək vasitəsi” kimi gördüyünü və Almaniyanın bu texnologiyadan daha effektiv istifadə etməli olduğunu vurğulayıb.

Hadisə Almaniyada dövlət kommunikasiyasında generativ süni intellektin istifadəsinin sərhədləri barədə debat yaradıb.

Müzakirələr əsasən şəffaflıq, məsuliyyət və rəsmi çıxışlarda insan-AI balansı ətrafında gedir.

Tənqidçilər AI-nin dövlət mesajlarına təsiri və ictimai etimad riski barədə xəbərdarlıq edirlər.

Nazirlik isə bildirir ki, yekun məsuliyyət tamamilə insanlara aiddir və AI yalnız yardımçı rol oynayır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: