NATO ölkələri Rusiyanın bombardmançı təyyarələrinin uçuşuna cavab olaraq qırıcı təyyarələri havaya qaldırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Bildirilib ki, Fransaya məxsus Rafale qırıcıları Litvadakı aviabazadan havaya qalxıb və İsveç, Finlandiya, Polşa, Danimarka və Rumıniya təyyarələrinə qoşulub.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Tu-22M3 uzaqmənzilli bombardmançı təyyarələri Baltik dənizinin neytral suları üzərində planlı uçuş həyata keçirib.
Əliyar Xəlil
Globalinfo.az