Natavandan üzücü xəbər

Müğənni Natavan Həbibi ağır əməliyyat keçirib.

Globalinfo.az Olay-a istinadən bildirir ki, sənətçi illərdir əziyyət çəkdiyi problemi aradan qaldırıb. O, onurğa fəqərəsinə görə təcili xəstəxanaya aparılıb.

Hadisə 14 mayda baş tutub. Həbibi sonuncu dəfə jurnalist Pərviz Hüseynin ad günündə iştirak edib və orada narahatlığı gözə çarpıb.

Daha sonra vəziyyəti kritikləşdiyi üçün təcili əməliyyat olunub. Hazırda müğənninin durumu yaxşılığa doğru gedir.