Sərxoş vəziyyətdə nömrəsiz avtomobil sürən, eyni zamanda idarə etdiyi avtomobilin yük yerində narkotik daşıyan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Globalinfo.az-a bildirilib ki, nömrəsiz şəkildə VAZ 21015 markalı avtomobili idarə edən 1976-cı il təvəllüdlü Zəfər Haqverdi oğlu Səfərov polis əməkdaşları tərəfindən saxlanılıb.
Bildirilib ki, yoxlama zamanı sürücünün sərxoş olduğu məlum olub.
Həmçinin avtomobilə baxış zamanı yük yerindən külli miqdarda narkotik aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.