“Ağadadaş müəllimin görüntülərini gördüm. Heç istəməzdim belə bir şey olsun. Çünki hər zaman tərbiyəli, yerini bilən və ixtisasca müəllimdir. İllərdir sənətdədir və yaşı 70-ə yaxınlaşır. Xəstədir, illərdi Türkiyədə müalicə alıb. Onun özünü böyük kimi aparmasını görmüşəm. Valideynlərimiz deyib ki, böyüklərin hörmətini saxlayın. Səhvi olsa belə, ona hörmət edin. Sakit adamdı, onu necə hövsələdən çıxarıblarsa, bu vəziyyətə düşüb”.
Globalinfo.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə Xalq artisti Ağadadaş Ağayevin dava edərkən yayılan videosuna münasibət bildirərkən deyib.
Sənətçi A.Ağayevin xəstə olduğunu, onun əsəblərinin yerində olmadığını bildirib.
Daha ətraflı videoda:
Посмотреть эту публикацию в Instagram