Paşinyan Qarabağ üçün düyməyə basdı – Növbəti təxribat

“Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışında ilin axırına kimi Azərbaycanla sülh müqaviləsinin bağlanmasına hazır olduğunu deyib. Təbii ki, Paşinyan bununla son vaxtlar anti-Azərbaycan qərarlar qəbul edən Avropa Parlamentində özünü sülhpərvər göstərir. Halbuki Ermənistan baş naziri sülh müqaviləsini “Azərbaycan onun şərtləri ilə razılaşsın” kimi başa düşür”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, müharibədən sonra Ermənistan Azərbaycanın bütün təkliflərinə qeyri-konstruktiv cavab verərək sülhdən yayınıb:

“Azərbaycan Qazaxın 7 kəndi ilə bağlı mövqeyini ortaya qoyur. Paşinyan da əsassız şəkildə deyir ki, Azərbaycan da Ermənistanın Tavuşda kəndlərini işğal edib. Ermənistan baş naziri öz absurd istəklərini gündəliyə gətirməklə sülh istiqamətində irəliləyişlərin üstündən xətt çəkir.

Məhz Paşinyanın təlimatı ilə Samvel Babayan “artsax” oyununa başlayıb, “artsax”ı buraxmaq fərmanının ləğvinə çalışır. Halbuki bunun heç bir hüququ proseduru yoxdur.

Göründüyü kimi, Fransanın təhriki ilə Ermənistan yeni oyun hazırlayır, lakin bunun heç bir siyasi təsiri olmayacaq”.

Turan Rzayev
Globalinfo.az