Ermənistanda parlament seçkilərinin nəticələri həm hakimiyyət, həm də müxalifət düşərgəsində narazılıq yaradıb.
Globalinfo.az-ın xəbərinə görə, Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan bildirib ki, Baş nazir Nikol Paşinyan arzuladığı konstitusion çoxluğu əldə edə bilməyib, müxalifət isə onu hakimiyyətdən uzaqlaşdıracaq nəticəyə nail olmayıb.
Aşotyanın sözlərinə görə, ölkədə 2020-ci ildən davam edən böhran siyasi deyil, dəyərlər sisteminin dağılmasıdır. Bunu yalnız parlament seçkiləri ilə həll etmək mümkün deyil.
Qeyd edək ki, iyunun 7-də keçirilən seçkilərdə Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası 49,74 faiz səslə qalib gəlib. Hakim partiya parlament çoxluğunu qorusa da, Konstitusiyaya təkbaşına dəyişiklik etmək üçün tələb olunan konstitusion çoxluğu təmin edə bilməyib. Eyni zamanda, yeddi siyasi qüvvə seçkilərin nəticələrinin ləğvi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb.
Əliyar Xəlil