Münhendə XİN başçılarına bunu etmək tapşırıldı

Azərbaycan və Ermənistan liderlərinin Münxendə keçirilmiş ikitərəfli görüşündə hər iki ölkənin xarici işlər nazirlərinə tapşırılıb ki, onlar yenidən yaxın zamanda görüşsünlər, sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirsinlər.

Globalinfo.az xəbər verir ki, eyni zamanda, xarici işlər nazirlərinə sərhədlərin delimitasiyası ilə bağlı danışıqların davam etdirilməsi ilə də bağlı tapşırıq verilib.