Məhərrəm İncə Türkiyədə prezident seçkilərinin 3-cü namizədi oldu

Türkiyənin Məmləkət Partiyasının sədri Məhərrəm İncə prezidentliyə namizədlik üçün lazım olan 100 min imzanı toplayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Tviter hesabında paylaşım edib.

Beləliklə, Məhərrəm İncə mayın 14-ü Türkiyədə keçiriləcək prezident seçkilərində iştirakı üçün kifayət qədər imza toplayan 3-cü namizəd olub.