Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan ABŞ, İsrail və İran arasında davam edən qarşıdurmanın ölkə iqtisadiyyatına mənfi təsir etdiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Nazirlər Kabinetinin iclasından sonra çıxış edən Ərdoğan neft qiymətlərinin kəskin artmasının iqtisadiyyata ciddi təzyiq göstərdiyini vurğulayıb.
Onun sözlərinə görə, vəziyyət daim nəzarətdə saxlanılır və vətəndaşların bu prosesdən minimum zərər görməsi üçün zəruri addımlar atılır.
Ərdoğan qeyd edib ki, qlobal enerji bazarındakı sarsıntılar Türkiyədən də yan keçmir. Müharibə uzandıqca risklər artır. Xüsusilə, Hörmüz boğazının bağlanması dünya iqtisadiyyatına ciddi zərbə vurub, çünki qlobal enerji ticarətinin təxminən 20 faizi bu marşrutdan keçir.
Prezident əlavə edib ki, fevralın 28-dən bu yana “Brent” markalı neftin qiyməti bir barel üzrə təxminən 40 faiz artıb.
Əliyar Xəlil
Globalinfo.az