Müharibə təhlükəsi o ana qədər davam edəcək – Rubinyan

Ruben Rubinyan 576x375 1

“Müharibə təhlükəsi Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanana qədər qalmağa davam edəcək”.

Globalinfo.az  xəbər verir ki, bunu jurnalistlərə parlamentin vitse-spikeri Ruben Rubinyan bildirib.

O, İrəvanın sülh müqaviləsini imzalamağa hazır olduğunu deyib:

“Müharibə təhlükəsi dünən var idi, sabah da olacaq. Lakin müharibə üçün səbəb və əsas yoxdur. Biz sülhə doğru irəliləyirik. Sülh sazişinin mətni razılaşdırılıb və imzalanmağı gözləyir”.